Ana körpə qızını aclıqdan öldürüb
Sozcu.az xəbər verir ki, bu barədə "New York Post" məlumat dərc edib.
Məlumata görə, qadın uşaqlara qarşı amansız rəftar ittihamı ilə həbs edilib. Qeyd edilir ki, ananın iki qız övladı bir ildən uzun müddət ərzində tibbi müayinədən keçməyib, eyni zamanda onların qidası ancaq yoqurt və püredən ibarət olub. Bu cür rasion isə gün ərzində cəmi 250 kalori qəbul edilməsi deməkdir.
Bildirilir ki, həyatını itirən kiçik qız 1 yaş 6 aylıq olub və cəmi 4,5 kiloqram çəkiyə malik idi. Tibb müəssisəsinə çatdırılmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Vəfat edən uşağın üç yaşlı böyük bacısının çəkisinin isə 7,7 kiloqram olduğu və hazırda reanimasiya şöbəsində müalicə aldığı qeyd olunur.
Hadisə ilə bağlı azyaşlıların nənəsi bildirib ki, qızı onlarla əlaqəni bir neçə il öncə məlum olmayan səbəblərdən kəsib və o, vəfat edən kiçik nəvəsini artıq yalnız dəfn mərasimi zamanı görə biləcək.Oxu)












