Rusiyanın raket yanacağı istehsal edən zavodu vuruldu

140 baxış

Ukrayna ordusu Tver vilayətinin Redkino şəhərində yerləşən zavoda zərbələr endirib.

Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, zərbələrdən sonra zavodun ərazisində yanğınlar başlayıb.

Qeyd edək ki, zavodda X-55 və X-101 qanadlı raketləri üçün “Detsilin-M” yanacağı, eləcə də dizel yanacağı və aviasiya kerosini üçün aşqarlar istehsal olunur.

Paylaş:

Əlaqəli məqalələr