Hörmüz böhranı davam edir - Gəmilər boğazdan gizli keçir
İran və ABŞ arasında son gərginləşmə dalğası fonunda yük gəmiləri Hörmüz boğazından transponderləri södürərək və mövqeləri ilə bağlı öncədən məlmat vermədən keçməyə başlayıb.
Sozcu.az xəbər verir ki, bu barədə "Bloomberg" "Kpler" analitik şirkətinin məlumatlarına istinadən məlumat yayıb.
Analitiklərin fikrincə, 12 iyulda boğazdan heç bir gəmi açıq şəkildə keçməyib. Lakin altı ticarət gəmisi Hörmüz boğazından transponderləri söndürülmüş halda keçib. Yük gəmilərinin sahibləri bu addımı ABŞ və İran arasında yeni gərginlik dalğası, eləcə də marşrutlara kimin nəzarət etdiyi və təhlükəsizliyini təmin etdiyi ilə bağlı qeyri-müəyyənlik fonunda atıblar.
Gəmilər sonuncu dəfə iyul ayının 7-də ABŞ tərəfindən təyin olunmuş cənub dəhlizindən keçməklə Hörmüz boğazında görünüb. İyulun 10-da isə bir neçə gəmi İran tərəfindən təyin olunmuş şimal marşrutundan keçib.
Xatırladaq ki, ABŞ və İsrail cari ilin 28 fevral tarixində İranla müharibəyə başlayıblar. Hava zərbələri nəticəsində İranın ali dini lideri Əli Xamenei və digərləri həlak olublar. İyun ayında Vaşinqton və Tehran Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edən anlaşma memorandumu imzaladılar. Daha sonra memorandumun həyata keçirilməsi üçün Doha və İslamabadın vasitəçiliyi ilə İsveçrənin Bürgenştok şəhərində ABŞ-İran danışıqları keçirildi. Birinci raunddan sonra Qətər və Pakistanın yaydığı birgə bəyanatda qeyd edildiyi kimi, İran və ABŞ nümayəndələrinin iştirak etdiyi görüş müsbət və konstruktiv atmosferdə keçdi və gələcək texniki məsləhətləşmələr üçün təməlin yaradılması da daxil olmaqla, ümidverici irəliləyiş əldə edildi.
Lakin 8 iyul gecəsi ABŞ İranı Hörmüz boğazı ilə bağlı əldə edilən razılaşmaların şərtlərini pozmaqda ittiham edərək, İrana qarşı genişmiqyaslı hücumları bərpa etdi.


















