Ukrayna Rusiyanın iri neft emalı zavodlarını vurdu

12 baxış

Ötən gecə Ukrayna Başqırdıstanın Salavat şəhərində yerləşən “Qazpromneftexim Salavat” neft emalı zavoduna hücum edib.

Sozcu.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, müəssisə Ukrayna-Rusiya sərhədindən təxminən 1400 kilometr məsafədə yerləşir.

“Qazpromneftxim” regionun ən iri neft emalı komplekslərindən biridir və benzin, dizel yanacağı, bitum, polietilen və digər məhsullar istehsal edir. Salavatdakı neft emalı zavodundan başqa, PUA-lar Luqansk və Donetsk vilayətlərindəki obyektlərə də hücum edib. “Afipski” neft emalı zavodu da yenidən hücuma məruz qalıb. PUA hücumu nəticəsində müəssisədə yanğın baş verib. Sözügedən zavod Rusiyanın cənubundakı ən iri neft emalı müəssisələrindən biridir. Zavodun layihə üzrə illik emal gücü 6,25 milyon ton neft təşkil edir.

Paylaş:

Əlaqəli məqalələr