Paşinyandan Putinə cavab: Çıxart, etiraz etmirik!

15 baxış

Ermənistan Rusiyanın 102-ci hərbi bazasının mövcudluğunu həyati zərurət hesab etmir, lakin onun çıxarılması məsələsini qaldırmayıb.

Sozcu.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Bişkekdə baza ilə bağlı heç bir müzakirə aparılmayıb, əvvəllər də baza məsələsini qaldırmamışıq. Əgər Rusiya bazanı geri çəkmək qərarına gəlsə, etiraz etməyəcəyik. Əgər onu saxlamaq qərarına gəlsə, biz bunu da müzakirə etməyə hazırıq”, - Paşinyan bildirib.

Qeyd edək ki, bundan öncə Rusiya Prezidenti Vladimir Putin Ermənistanın istəyəcəyi halda Gümrüdəki bazanı “günü sabah” çıxara biləcəyini açıqlamışdı.

Paylaş:

Əlaqəli məqalələr