Vəfat etdi, bacısı vəzifəsini tutdu
ABŞ-ın mərhum senatoru Lindsi Qremin Senatdakı yerini onun bacısı Darlin Qrem Norton tutacaq.
Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Cənubi Karolina ştatının qubernatoru Henri Makmaster məlumat verib.
Qərara əsasən, Darlin Qrem Norton 2027-ci ilin yanvar ayına qədər senator vəzifəsini icra edəcək. ABŞ Senatına növbəti seçkilər isə 2026-cı ilin noyabrında keçiriləcək.
Məlumata görə, Lindsi Qrem vəfat etdiyi vaxt yenidən senator seçilməyə hazırlaşırdı. Respublikaçılar Partiyasının namizədini müəyyənləşdirmək üçün avqust ayında Cənubi Karolinada növbədənkənar seçkilər keçiriləcək.
Xatırladaq ki, Lindsi Qrem iyulun 11-də 71 yaşında vəfat edib. O, dörd müddət ABŞ Senatının üzvü olub və Vaşinqtonun sərt xarici siyasət kursunun əsas tərəfdarlarından biri kimi tanınıb.


















