Ərdoğan Makronla telefon danışığı apardı

22 baxış

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.

Sozcu.az APA-nın Türkiyə bürosuna istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Telefon danışığı zamanı Türkiyə-Fransa ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.

Liderlər Birləşmiş Millətlər Təşkilatının (BMT) yeni Baş katibinin seçilməsi prosesinə də toxunublar.

Ərdoğan bildirib ki, yeni Baş katib BMT-ni yenidən çoxtərəfliliyin mərkəzinə çevirə biləcək, zəruri islahatları səmərəli şəkildə həyata keçirmək üçün lazımi baxışa və təcrübəyə malik olmalıdır.

Türkiyə Prezidenti söhbət zamanı Makronu Türkiyədə keçiriləcək COP31 Liderlər Sammitinə dəvət edib.

Fransa Prezidenti isə Ərdoğanı Türkiyənin Respublika Günü münasibətilə təbrik edib.

Paylaş:

Əlaqəli məqalələr