İrakli Kobaxidze oktyabrın sonunda Azərbaycana səfər edəcək
Gürcüstanın Baş naziri İrakli Kobaxidze oktyabrın sonunda Azərbaycana səfər edəcək.
Sozcu.az xəbər verir ki, bu barədə Report-a Gürcüstanın Azərbaycandakı səfiri Giorgi Zakaraşvili məlumat verib.
Bildirilib ki, İrakli Kobaxidze iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasında iştirak etmək üçün Azərbaycana gələcək.
Səfirin sözlərinə görə, iclasda Azərbaycan və Gürcüstan arasında ikitərəfli münasibətlərin aktual məsələləri müzakirə olunacaq.
Giorgi Zakaraşvili qeyd edib ki, tərəflər strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparmağı planlaşdırırlar.
Səfir, həmçinin iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundunun keçirilməsi məsələsinə toxunub. O, qarşıdakı iclas zamanı məsləhətləşmələrin konkret tarixlərinin razılaşdırılacağına ümid etdiyini bildirib.


















