Yayın ortasında 5 metr QAR YAĞDI
191 baxış
Türkiyənin Hakkari vilayətinin Yüksekova rayonunda iyun ayının son günlərində qar təmizləmə işləri davam edir.
Sozcu.az xəbər verir ki, Vilayət Xüsusi İdarəsi tabeliyindəki Yüksekova Tikinti Sahəsi Müdirliyinin qrupları rayon mərkəzindən təxminən 40 kilometr aralıda yerləşən İkiyaka dağlarındakı Sat Göllərinə gedən yolu açmaq üçün işlər görür.
Qarın qalınlığının 5 metrə çatdığı ərazidə işləyən qruplar ağır texnikalarla qar dəhlizləri yaradırlar.
Dik və kələ-kötür ərazi səbəbindən zaman-zaman uçqun təhlükəsi ilə üzləşən qruplar yolu mümkün qədər tez açmağa çalışırlar.


















