Macarıstanın yeni prezidenti o oldu

68 baxış

Macarıstan parlamenti ölkənin Ali Məhkəməsinin keçmiş sədri Andraş Bakanı yeni prezident seçib.

Sozcu.az xəbər verir ki, bu barədə Macarıstan mətbuatı məlumat yayıb.

Məlumata görə, Bakanın namizədliyini 140 deputat dəstəkləyib, 6 nəfər əleyhinə səs verib, bitərəf qalan olmayıb.

Baka prezident andını içib və avqustun 19-da vəzifəsinin icrasına başlayacaq.

Paylaş:

Əlaqəli məqalələr