Ukrayna Ust-Luqa limanını vurdu – Yanğın var

57 baxış

1 sentyabr gecəsi Ukrayna Rusiyanın Leninqrad vilayətinə zərbələr endirib.

Sozcu.az xəbər verir ki, vilayətin qubernatoru Aleksandr Drozdenko səhər saatlarına qədər 52 dronun vurulduğunu elan edib. Onun sözlərinə görə, hücum nəticəsində Ust-Luqa limanı ərazisində yanğın baş verib və infrastruktura ziyan dəyib. Vilayət qubernatoru zərərin təbiətini, yanğının miqyasını və ya liman əməliyyatlarına təsirini dəqiqləşdirməyib. Təcili yardım xidmətləri hadisə yerində işləyir və nəticələri müəyyən edilir.

Qeyd edək ki, bu, regionda son üç gündə yanğınla nəticələnən ikinci hücumdur. Leninqrad vilayəti 30 avqust gecəsi də kütləvi hücuma məruz qalıb. Hücum zamanı Kirişi sənaye zonasında yerləşən neft emalı zavondunda yanğın başlayıb.

Paylaş:

Əlaqəli məqalələr