Hörmüz boğazında yeni dövr: İran və Omandan birgə addım
22 baxış
İran və Oman Hörmüz boğazının idarə olunması ilə bağlı yaradılan birgə işçi qrupunun ilk iclasını keçirib.
Sozcu.az TASS-a istinadla xəbər verir ki, görüşdə boğazda gəmiçiliyin gələcəkdə idarə olunması, dəniz xidmətləri və sahilyanı dövlətlərin hüquqları ilə bağlı məsələlər müzakirə olunub.
İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib ki, tərəflər bu məsələlərlə bağlı fikir mübadiləsi aparıblar. İran və Oman, həmçinin regiondakı digər ölkələrlə məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər.


















