Tramp bu dəfə Omanı bombalamaq istəyir

52 baxış

ABŞ Prezidenti Donald Tramp İranla bağlı danışıqlar fonunda Omana qarşı hərbi əməliyyat ehtimalından danışıb.

Sozcu.az xəbər verir ki, Tramp Fox News-a müsahibəsində bildirib ki, Oman ABŞ-ın İranla sülh razılaşmasına və xüsusilə Hörmüz boğazı ilə bağlı planlarına mane olarsa, Vaşinqton hərbi addım ata bilər.

“Əgər Oman yolumuza çıxsa, onları bombalayacağıq”, - deyə ABŞ prezidenti bildirib.

Trampın açıqlaması İranla ABŞ arasında danışıqların və Hörmüz boğazı ətrafında gərginliyin davam etdiyi vaxta təsadüf edib. Hazırda Tehran və Oman strateji su yolunda gəmiçilik rejiminin bərpası ilə bağlı razılaşmanı yekunlaşdırmağa çalışır.

Hörmüz boğazı dünya enerji ticarəti üçün mühüm əhəmiyyət daşıyır. ABŞ-İran qarşıdurması fonunda boğazın fəaliyyəti ilə bağlı yaranan qeyri-müəyyənlik neft və qaz bazarlarında ciddi narahatlıq yaradıb. ABŞ isə İranın boğaz üzərində nəzarətini qəbul etmədiyini bildirir.

Trampın son bəyanatı Vaşinqtonla Maskat arasında münasibətlər baxımından da diqqət çəkir. Oman uzun müddətdir İran və Qərb arasında diplomatik vasitəçi kimi çıxış edir və Tehranla danışıqlarda mühüm rol oynayır.

İran və ABŞ arasında sülh danışıqlarının hazırkı mərhələsində isə ciddi fikir ayrılıqları qalır. Reuters-in məlumatına görə, tərəflər arasında razılaşmanın bərpası istiqamətində son günlər irəliləyiş əldə olunmayıb.

Paylaş:

Əlaqəli məqalələr