ABŞ İranı yenidən bombaladı

89 baxış

Sozcu.az xəbər verir ki, ABŞ ordusu İran ərazisində yerləşən bir sıra hərbi hədəflərə zərbələr endirib.

ABŞ Ordusunun Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı məlumata görə, əməliyyat zamanı İranın raket və pilotsuz uçuş aparatlarının (PUA) saxlanıldığı obyektlər, eləcə də sahil radar sistemləri hədəfə alınıb. Bildirilir ki, zərbələr İranın "M/V Ever" gəmilərinə hücumundan sonra həyata keçirilib.

ABŞ mediasında yer alan məlumatlara görə, zərbələr təkcə İran ərazisi ilə məhdudlaşmayıb. "Axios"un jurnalisti Barak Ravid ABŞ ordusunun Hörmüz boğazı bölgəsində də hərbi əməliyyat keçirdiyini bildirib.

Qeyd edək ki, hadisədən bir neçə saat əvvəl ABŞ Prezidenti Donald Tramp İranı atəşkəs rejimini pozmaqda ittiham etmişdi.q

Paylaş:

Əlaqəli məqalələr