Trampın reytinqi 38%-ə düşdü – NYT

107 baxış

ABŞ Prezidenti Donald Trampın reytinqi ikinci müddətinin başlanğıcından bəri ən aşağı səviyyəyə düşərək 38% olub.

Sozcu.az xəbər verir ki, mövcud rəqəmi “The New York Times” qəzeti dərc edib.

Qəzet qiymətləndirməsini müxtəlif təşkilatlar və sorğu şirkətləri tərəfindən dərc edilmiş onlarla reytinqə əsaslandırıb.

Qeyd edək ki, bundan əvvəl Kvinnipek Universiteti öz sorğusunu dərc etmiş və sorğuda respondentlərin yalnız 32%-i Trampın prezident kimi fəaliyyətini bəyəndiyini bildirmişdi. Eyni sorğuya görə, respondentlərin yalnız 34%-i ABŞ-nin İrana hücumlarını dəstəklədiyini qeyd etmişdi.

Paylaş:

Əlaqəli məqalələr