Ukrayna Krımda Rusiyanın Su-24M bombardmançısını məhv edib
59 baxış
Ukraynanın Milli Qvardiyasının "Omega" xüsusi təyinatlı dəstəsi Krımın Saki aerodromunda Rusiyaya məxsus Su-24M cəbhə bombardmançısını məhv edib.
“UNİAN“-ın məlumatına görə, təyyarə döyüş tapşırığına hazırlaşdığı vaxt zərbə endirilib.
Məlumata əsasən, məhv edilən Su-24M cəbhə bombardmançısının təxmini dəyəri 30 milyon ABŞ dolları təşkil edir.


















