Rüfət Səfərov sərbəst buraxılıb

Keçmiş müstəntiq, hazırkı ictimai fəal Rüfət Səfərov sərbəst buraxılıb.

Sozcu.az xəbər verir ki, Bu barədə onun özü məlumat verib. Səfərovun sözlərinə görə, onu axşam saatlarında evdən çıxanda mülki geyimli şəxslər saxlayıb. “İki nəfər yaxınlaşdı, qolumu burdular, otuzdurdular maşına. Əvvəl Bakı Şəhər Baş Polis İdarəsinin yanına gətirdilər. Orada təxminən 3 saat maşında saxladılar, hədə-qorxu etdilər. Sonra isə Binəqədi Rayon Polis İdarəsinə apaardılar. Orada mənə “xoşagəlməz çıxışları” dayandırmağı tələb etdilər, lakin hansı çıxışları nəzərdə tutduqları barədə heç nə demədilər. Daha sonra bildirdilər ki, bu mənə olan son xəbərdarlıqdır və sərbəst buraxdılar”.

Məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Turana bildirdi ki, məsələ ilə bağlı məlumatı yoxdur və məsələ araşdırılandan sonra sabah məlumat veriləcək.

Facebook Comments