Akif Nağı Türkiyəyə səfərə gedib

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Türkiyəyə yola düşüb.

QAT sədri Yenidən Rifah Partiyasının Ankarada keçiriləcək qurultayına qonaq qismində dəvət alıb. A.Nağı partiya qurultayında iştirakla yanaşı Dünya Azərbaycanlıları Platformu, onun başqanı Samir İsgəndərin təşkliatçılığı ilə Qarabağ münaqişəsinə dair keçiriləcək tədbirlərə qatılacaq, rəsmi və qeyri -rəsmi görüşlər keçirəcək.

A.Nağı mətbuat üçün açıqlmasında bildirib:

“Torpaqlarımız bütün dünyada yaşayan azərbaycanlıların vahid iradəsi, türk, müsəlman dünyasının dəstəyi ilə azad olunacaqdır. Biz bütün dünyada Qarabağ həqiqətlərini yaymalı, hər bir ölkədə obyektiv, düzgün ictimai rəy formalaşdırmalıyıq. Bu istiqamətdə Rusiya, Avropa, Amerikada yorulmadan iş aparmalıyıq. Xüsusi olaraq təbii müttəfiqlərimiz, o cümlədən Türkiyə ilə əlaqələri genişləndirməli, sıx əməkdaşlıq etməli, güclərimizi birləşdirməliyik”.

Facebook Comments