Bizi aldada bilməzlər! – Ərdoğan anons etdi

Müəyyən etdiyimiz təhlükəsiz bölgə sərhədləri daxilində terrorçuların olduğunu bilirik. “Terrorçuları çıxardıq” deməklə bizi aldada bilməzlər.

Sozcu.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Nə Tel Rıfat, nə də Menbiçdən terrorçular çıxarılıb. Ras əl-Eynin şərqi də terrorçulardan təmizlənməyib. Təhlükəsiz bölgə sərhədlərindən kənardakı terrorçular da təhlükəsizlik qüvvələrimizə hücumlar təşkil edir. İndi də bu vəziyyət davam edir. Bu vəziyyətə tamaşa edə bilmərik. Bu günə qədər olduğu kimi, bundan sonra da nə etməliyiksə, onu da edəcəyik”, – Ərdoğan bildirib.

Facebook Comments