Levandovski Xavi ilə görüşdü

“Bavariya”nın futbolçusu Robert Levandovski İbizada tətil zamanı “Barselona”nın baş məşqçisi Xavi ilə görüşüb.

Sozcu.az xəbər verir ki, bu barədə “AS” nəşri məlumat yayıb. Qeyri-rəsmi söhbət zamanı tərəflər çox vaxt ailələr və məzuniyyətlər barədə danışıb. Polşalı hücumçu mütəxəssislə vidalaşan zaman ona bu sözləri deyib: “Mən sizinlə işləməyi çox istəyirəm”.

Qeyd edək ki, Levandovskinin Kataloniya təmsilçisinə keçə biləcəyi barədə xəbərlər yayılıb.

Facebook Comments