Daha 57 rus əsgəri məhv edildi

“Şərq” operativ-taktiki qruplaşması sutka ərzində düşmənin 5 hücumunu dəf edib və 57 əsgərini zərərsizləşdirib.

Sozcu.az xəbər verir ki, bu barədə məlumatı “Şərq” qruplaşması sosial şəbəkə hesabında paylaşıb.

“Bu gün – 1 mayda “Şərq” operativ-taktiki qruplaşmasının məsuliyyət zonasında rus faşistlərinin 5 hücumu dəf edilib. Həmçinin düşmənin sursatları saxladığı yer aşkarlanıb və artilleriya ilə əraziyə zərbə endirilib”, – məlumatda qeyd edilib.

Döyüşün nəticəsində düşmənin 57 əsgərinin, 1 tankının, 5 BMP, 5 BTR, 4 PİUA, 6 artilleriya sistemi və s. məvh edildiyi vurğulanıb.

Facebook Comments