Şahbaz Şərif Səudiyyədə: Kralla görüşəcək…

Pakistanın Baş naziri Şahbaz Şərif Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləzizin dəvəti ilə bu ölkəyə rəsmi səfərə gəlib.

Sozcu.az xəbər verir ki, bu, onun hökumətin başçısı postunda ilk xarici səfəridir.

Mədinə Beynəlxalq Hava Limanında qonağı Mədinə vilayətinin qubernatoru, şahzadə Faysal bin Salman qarşılayıb. Pakistanın Baş naziri Mədinədəki Peyğəmbər məscidində təravih namazı qılıb.

Şahbaz Şərif üçgünlük səfər çərçivəsində Kral Salman bin Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşlər keçirəcək, ikitərəfli əlaqələrin inkişafı, beynəlxalq və regional məsələləri müzakirə edəcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq Pakistan üçün olduqca əhəmiyyətlidir. Belə ki, 2,5 milyon pakistanlı krallıqda yaşayır və çalışır.

Facebook Comments