Yaponiya Peskov və Kadırova sanksiya tətbiq etdi

Yaponiya Rusiya və Belarusa qarşı sanksiyalar tətbiq olunan hüquqi və fiziki şəxslərin siyahısını genişləndirib.

Sozcu.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bundan başqa, neft emalı avadanlıqlarının da Rusiyaya ixracı qadağan olunur.

Rəsmi Tokio yeni sanksiyalar siyahısına Kremlin mətbuat katibi Dmitri Peskovun, Prezident Administrasiyası rəhbərinin müavinləri Dmitri Kozak və Sergey Kiriyenkonun, Çeçenistan rəhbəri Ramzan Kadırovun, rusiyalı iş adamları Əlişir Usmanov, Qennadi Timçenko, Arkadi və Boris Rotenberqin adlarını daxil edib.

“İnternet Araşdırmaları Agentliyi” və “Vaqner” Özəl Hərbi Şirkəti də sanksiya siyahısına əlavə edilib.

Belarusun sanksiyalar siyahısı isə 12 fiziki və 10 hüquqi şəxslə genişləndirilib.

Facebook Comments