Prezident sazişi təsdiq etdi

Azərbaycan və Serbiya arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbi qarşılıqlı aradan qaldırılıb.

Sozcu.az xəbər verir ki, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” Sazişin təsdiq edilməsi barədə” qanunda əksini tapıb.

Qanuna əsasən, “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” 2021-ci il oktyabrın 11-də Belqrad şəhərində imzalanmış Saziş təsdiq edilib.

Facebook Comments