Deputatın oğlunun da adı keçən qətl işi: 9 nəfər saxlanılıb

26 baxış

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni təfərrüatlar məlum olub.

Sozcu.az Bakupost.az-a istinadən yaydığı məlumata görə, hadisə zamanı qətlə yetirilən şəxsin ölümü ilə bağlı Emin Rəhimov və MMA döyüş növü üzrə idmançı Elmar Cəfərov şübhəli bilinir.

Məlumata əsasən, hadisə yerindən qaçaraq gizlənən Emin Rəhimov və Elmar Cəfərov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıblar.

Qeyd olunur ki, qətlə yetirilən Ceyhun ətrafında “Ceyhun Sabunçu” adı ilə tanınıb. Hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhmədin təşkil etdiyi iddia olunur.

Məlumata görə, deputatın oğlu da daxil olmaqla, hadisə ilə əlaqədar 9 nəfər müxtəlif əməllərə görə saxlanılıb. Emin Rəhimov və Elmar Cəfərov isə qəsdən adam öldürməkdə şübhəli bilinirlər.

Paylaş:

Əlaqəli məqalələr