"Ağsuda dağlıq ərazidə gizli çətənə plantasiyası aşkarlandı"

77 baxış

Sozcu.az xəbər verir ki, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 37 yaşlı Sübhan Baxşıyev saxlanılıb.

Araşdırmalar zamanı onun dağlıq ərazidə əkib-becərdiyi 59 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Paylaş: