İbad Hüseynov Gürcüstanda saxlanılıb
21 baxış
Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb.
Sozcu.az xəbər verir ki, bu barədə AZXEBER.COM Lent.az-a istinadən məlumat yayıb.
Məlumata görə, oktyabrın 22-də Gürcüstana səfər edən İbad Hüseynov hava limanında Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb. Ona ölkəyə buraxılmayacağı barədə xəbərdarlıq edilib.
Azərbaycanın Gürcüstandakı səfirliyinin müdaxiləsindən sonra İbad Hüseynov sərbəst buraxılıb.
Qeyd edək ki, İbad Hüseynov oktyabrın 23-də Gürcüstanda keçiriləcək tədbirdə iştirak etmək üçün Tbilisiyə yollanıb.


















