Abşeronda dava: Usta ev sahibini bıçaqladı

25 baxış

Abşeron rayonunun Mehdiabad qəsəbəsində təmir puluna görə yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.

Sozcu.az xəbər verir ki, bu barədə Oxu.Az məlumat yayıb.

Məlumata görə, Cavid adlı qəsəbə sakini evini təmir etdirmək üçün tanışı Nofələ müraciət edib. Nofəl isə Elgün adlı ustanı onun evinə göndərib. Tərəflər təmir işlərinin görülməsi ilə bağlı razılığa gəliblər.

Təmir işləri başa çatdıqdan sonra Elgün ev sahibindən 1 650 manat tələb edib. Cavid isə görülən işlərin keyfiyyətindən narazı olduğunu bildirərək, ustanın əməyinin cəmi 450 manat dəyərində olduğunu deyib.

Tərəflər arasında yaranan mübahisə zamanı Elgün üzərində gəzdirdiyi bıçaqla Cavidə xəsarət yetirərək hadisə yerindən qaçıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Elgün saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Elgün 5 il müddətinə azadlıqdan məhrum edilib.

Paylaş:

Əlaqəli məqalələr