Şahbuzda avtomobil aşıb, 76 yaşlı qadın ölüb

135 baxış

Şahbuzda avtomobil aşıb, 76 yaşlı qadın ölüb.

Sozcu.az "Report"a istinadən xəbər verir ki, Şahbuz-Batabat magistralında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə zamanı "VAZ-21013" markalı avtomobil aşıb. Nəticədə Şahbuz rayonunun Biçənək kənd sakini, 1950-ci il təvəllüdlü Cəlilova Əsli Cəlil qızı həyatını itirib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:

Əlaqəli məqalələr