Nəriman Türkiyə klubuna keçir

19 baxış

Azərbaycan milli komandasının hücumçusu Nəriman Axundzadə karyerasını Türkiyədə davam etdirəcək.

Sozcu.az xəbər verir ki, Sportinfo.az-ın yaydığı məlumata görə, 23 yaşlı futbolçu ABŞ-ın MLS təmsilçisi “Kolumbus Kru”dan ayrılaraq Türkiyə Super Liqasının yeni iştirakçısı “Ərzurumspor”la razılıq əldə edib.

Bildirilib ki, tərəflər arasında aparılan danışıqlar uğurla başa çatıb və Nəriman Axundzadə yeni mövsümdən etibarən “Ərzurumspor”un formasını geyinəcək.

Qeyd edək ki, “Ərzurumspor” ötən mövsüm I Liqanın çempionu olaraq 5 illik fasilədən sonra yenidən Türkiyə Super Liqasına vəsiqə qazanıb.

Məlumata görə, Nəriman Axundzadənin “Kolumbus Kru”dan ayrılması şəxsi qərarı olub. Bu ilin yazında “Qarabağ”dan transfer edilərək ABŞ klubu ilə 3,5 illik müqavilə imzalayan hücumçu kifayət qədər oyun vaxtı ala bilmədiyi üçün klub rəhbərliyinə ayrılmaq istədiyini bildirib.

Futbolçu ehtiyat oyunçular skamyasında qalmaqdan narazı olduğunu qeyd edərək komandadan ayrılmasına icazə verilməsini xahiş edib. Klub rəhbərliyi isə onun müraciətini müsbət cavablandırıb.

Paylaş:

Əlaqəli məqalələr