Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib

38 baxış

Azərbaycanlı çobanın dövlət sərhədini keçərək Ermənistan ərazisinə daxil olduğu bildirilir.

Sozcu.az xəbər verir ki, bu barədə Oxu.Az Ermənistan mətbuatına istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Tavuş vilayətinin Çinari kəndi yaxınlığında baş verib. Berd rayonundakı mənbələrə istinad edən Ermənistan mediası Azərbaycan vətəndaşının sərhəd xəttini keçdiyini yazıb.

İlkin məlumatlarda çobanın Ermənistan hərbi polisi tərəfindən saxlanıldığı iddia olunur.

Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Paylaş:

Əlaqəli məqalələr