Gədəbəydə güllələnmiş meyit tapılıb.
Sozcu.az lent.az-a istinadla xəbər verir ki, hadisə Qaraməmmədli kəndində baş verib.
62 yaşlı Azər Əmir oğlu Quliyevin güllələnmiş meyiti yaşadığı evdə aşkarlanıb. Hadisənin hansı şəraitdə baş verməsi bilinmir.
Araşdırma aparılır.