İsmayıllıda faciə: 56 yaşlı kişi traktorun altında qaldı
19 baxış
Sozcu.az xəbər verir ki, hadisə Lahıc–Dəmirçi avtomobil yolunda aparılan təmir-tikinti işləri zamanı baş verib.
İlkin məlumata görə, Sumqayıt şəhər sakini, 56 yaşlı Əyyub Əfəndiyev idarə etdiyi tırtıllı traktordan yıxılıb və ağır texnikanın altında qalaraq dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır. Hadisənin başvermə səbəbləri və digər təfərrüatları aparılan araşdırmalardan sonra məlum olacaq.





