Ermənistanda Samvel Karapetyanın şirkəti ilə bağlı 36 nəfər saxlanılıb

24 baxış

Ermənistan İstintaq Komitəsi iş adamı və “Güclü Ermənistan” Partiyasının lideri Samvel Karapetyana məxsus “Ermənistan Elektrik Şəbəkələri” şirkəti ilə bağlı cinayət işi çərçivəsində 36 nəfəri saxlayıb.

Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxslər özəl sektorda vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda əmlak ziyanı vurma, etibar edilmiş əmlakı xüsusilə külli miqdarda mənimsəmə, eləcə də xüsusilə külli miqdarda pul vəsaitlərinin leqallaşdırılmasında şübhəli bilinirlər.

Bildirilib ki, cinayət işi çərçivəsində müstəntiqlər 65 mənzildə, həmçinin şirkətlərin fəaliyyət göstərdiyi ünvanlarda axtarış aparıblar.

İstintaq tədbirlərinə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin, Daxili İşlər Nazirliyinin və Dövlət Gəlirləri Komitəsinin əməkdaşları da cəlb olunub.

Paylaş:

Əlaqəli məqalələr