Gəncədə teatrın mühafizəçisi bıçaqlandı – 15 yaşlı yeniyetmə şübhəli bilinir
23 baxış
Gəncədə Dövlət Kukla Teatrının qarşısında bıçaqlanma hadisəsi baş verib.
Sozcu.az xəbər verir ki, Axar.az-ın Teleqraf-a istinadən yaydığı məlumata görə, 1976-cı il təvəllüdlü Zaur Mustafayev bıçaqlanma xəsarəti ilə xəstəxanalardan birinə yerləşdirilib.
Məlumata əsasən, Zaur Mustafayev Dövlət Kukla Teatrında mühafizəçi işləyir.
İlkin məlumata görə, hadisəni 15 yaşlı yeniyetmənin törətdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.


















