İşdən çıxarıldı: baş həkimin müavinini bıçaqladı

97 baxış

Abşeronda bıçaqlanma hadisəsi baş verib.

Sozcu.az lent.az-a istinadla xəbər verir ki, hadisə Abşeron rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Baş həkimin müavini işdən çıxarılan əməkdaş tərəfindən bıçaqlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Elçin Balayev tutularaq, istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:

Əlaqəli məqalələr