Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

14 baxış

Qanunsuz odlu silah saxlama və dələduzluq cinayətlərinə görə axtarışda olan M.Mirzəyev saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərib.

Bu barədə DİN Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, M.Mirzəyev əvvəllər qəsdən adamöldürmə, qanunsuz olaraq odlu silah əldə etmə və saxlama, soyğunçuluq, qaçaqmalçılıq, habelə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə məhkum edilib.

Saxlanılma zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərən M.Mirzəyevə qarşı tabel silahı tətbiq olunub və o, zərərsizləşdirilib.

Hadisə yerindən “Makarov” markalı tapança aşkar edilərək götürülüb.

Faktla bağlı aidiyyəti üzrə araşdırma aparılır.

Paylaş:

Əlaqəli məqalələr