Qəbələ–İsmayıllı yolunda “Range Rover” yandı – sərnişinlər şüşələri sındıraraq xilas oldular

93 baxış

Qəbələ–İsmayıllı yolunda “Range Rover” markalı avtomobil yanaraq tamamilə yararsız vəziyyətə düşüb.

Sozcu.az xəbər verir ki, hadisə zamanı avtomobildə olan şəxslər şüşələri sındıraraq maşından çıxıb və xilas ola biliblər. Xoşbəxtlikdən hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.

Hadisə yerinə İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunublar.

Yaxınlıqda olan şəxslərin yanğına ilkin müdaxilə etməsinə baxmayaraq, alovun qarşısını almaq mümkün olmayıb. Nəticədə avtomobil tamamilə yanaraq yararsız vəziyyətə düşüb.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Paylaş:

Əlaqəli məqalələr