Samuxda 12 yaşlı oğlan su kanalında batıb

58 baxış

Samux rayonunda 2014-cü il təvəllüdlü Mirmusa Musayev su kanalında batıb.

Sozcu.az xəbər verir ki, hadisə Şəmkir Su Kanalının Samux rayonunun Qarabağlar kəndindən keçən hissəsində qeydə alınıb.

Hadisə ilə bağlı əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb olunublar.

Hazırda uşağın axtarışları davam etdirilir.

Paylaş:

Əlaqəli məqalələr