Qaraməryəm–İsmayıllı yolunda yük maşınında güclü yanğın – FOTO
105 baxış
Sozcu.az-ın xəbərinə görə, Qaraməryəm–İsmayıllı yolunda ot presləri daşıyan yük avtomobilində yanğın baş verib.
Hadisə zamanı yük maşınının qoşqusunda daşınan ot presləri alışıb. Güclü alov qısa müddətdə yükün böyük hissəsini əhatə edib.
Yoldan keçən sürücülərin köməyi ilə yük maşınının qoşqusu ayrılaraq yanğından uzaqlaşdırılıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub və yanğına müdaxilə edilib.
Yanğının səbəbi araşdırılır.
Hadisə yerindən görüntünü təqdim edirik.


















