Öncə arvadını, sonra özünü bıçaqladı - Kişi öldü, qadın sağdır

26 baxış

Abşeron rayonunun Xırdalan şəhərində ağır cinayət hadisəsi baş verib.

Sozcu.az xəbər verir ki, Lent.azın yaydığı məlumata görə, Zaqatala sakini Tərlan İbrahimov yaşadığı evdə 1978-ci il təvəllüdlü həyat yoldaşına çoxsaylı bıçaq xəsarətləri yetirib. Daha sonra o, özünü də bıçaqlayıb.

Hadisə nəticəsində kişi ölüb, qadın isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

TƏBİB-in məlumatına görə, hadisə ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Xırdalan şəhəri, M.Hüseynzadə küçəsindən çağırış daxil olub.

Təcili tibbi yardım briqadası hadisə yerində bir kişinin həkiməqədər ölüm faktını qeydə alıb.

Yaralı qadın Abşeron Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya edilib. Ona boyun, baş, döş qəfəsi, said, çiyin və bazu nahiyələrinin açıq və çoxsaylı yaralanmaları, həmçinin qarın divarının kontuziyası diaqnozları qoyulub.

Müvafiq laborator və instrumental müayinələrdən sonra pasiyent cərrahi əməliyyata alınıb. Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir.

Paylaş:

Əlaqəli məqalələr