Bərdədə sanitar qadın huşsuz xəstəni 40 dəqiqə döyüb

30 baxış

Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitar qadının köməksiz və huşsuz vəziyyətdə olan 70 yaşlı pasiyentə qarşı fiziki zorakılıq göstərdiyi bildirilir.

Sozcu.az xəbər verir ki, hadisə xəstəxananın Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində baş verib.

Məlumata görə, huşsuz vəziyyətdə olan pasiyent altını batırdıqdan sonra sanitar qadın ona nalayiq ifadələr işlədib və fiziki şiddət göstərib. Bildirilir ki, qadın köməksiz vəziyyətdə olan xəstəni təxminən 40 dəqiqə ərzində döyüb.

Bərdə Rayon Mərkəzi Xəstəxanasından Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, aparılan araşdırma zamanı əməkdaşın stasionar müalicə alan, köməksiz və huşsuz vəziyyətdəki pasiyentə qarşı qeyri-etik davranışa və zorakılığa yol verdiyi müəyyən edilib.

Faktla bağlı müəssisənin Tibbi Şurasında iclas keçirilib. Əməkdaşın əmək funksiyalarını və peşə etikası qaydalarını kobud şəkildə pozması, eləcə də əvvəlki intizam tənbehləri nəzərə alınaraq, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 7 oktyabr 2026-cı il tarixindən xitam verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan isə bildirilib ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanılıb.

Sozcu.az

Paylaş:

Əlaqəli məqalələr