Azərbaycanda qızıl və gümüş istehsalı azalıb
26 baxış
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2 281 kiloqram qızıl və 2 813,8 kiloqram gümüş istehsal edilib.
Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.
Ötən ilin eyni dövrü ilə müqayisədə qızıl istehsalı 2,9%, gümüş istehsalı isə 5,7% azalıb.
Hesabat dövründə ölkədə mis konsentratının istehsalı 14 494,8 ton təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,2 dəfə çoxdur.
Oktyabrın 1-nə olan məlumata görə, Azərbaycanda 251,5 kiloqram qızıl, 706,1 kiloqram gümüş və 1 536,2 ton mis konsentratı ehtiyatı yaranıb.


















