Qaz obyektləri ilə bağlı mühüm dəyişiklik
21 baxış
Azərbaycanda qaz təchizatı obyektlərinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair yeni tələblər təsdiqlənib.
Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.
Qərara əsasən, Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) qaz təchizatı obyektlərinin mühafizə zonalarının mövcud vəziyyəti barədə məlumatları elektron qaydada 3 ay müddətində İqtisadiyyat Nazirliyinə təqdim etmək tapşırılıb.
Yeni tələblər qaz təchizatı obyektlərinin təhlükəsiz istismarının təmin olunması, mühafizə zonalarında təsərrüfat fəaliyyətinin tənzimlənməsi və bu ərazilərlə bağlı məlumatların vahid qaydada elektron sistemə inteqrasiyasını nəzərdə tutur.















