Neft-qaz sektorunda ÜDM istehsalı 0,6 faiz azalıb
90 baxış
Bu ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Sozcu.az açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ÜDM istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4% artıb.
Qeyd edək ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6% azalıb, qeyri neft-qaz sektorunda isə 2,2% artıb.
Məlumat üçün bildirək ki, əvvəlki dövrdə – yanvar-iyun aylarında ÜDM istehsalı neft-qaz sektorunda 0,7% azalıb, qeyri neft-qaz sektorunda isə 1,5% artıb. Bundan başqa yanvar-may aylarında Azərbaycanda ÜDM istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyişməz qalıb, yanvar-aprel aylarında isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2% artıb.
















