Elektrik enerjisi xaricə 8,9 qəpiyə, əhaliyə isə...

138 baxış

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan xarici ölkələrə 319 milyon 39,4 min kVt/saat elektrik enerjisi ixrac edilib.

Sozcu.az xəbər verir ki, bu barədə "Yeniavaz" açıqlanan rəsmi məlumatlara istinadən məlumat yayıb.

Məlumata görə, xaricə satılan elektrik enerjisinin gömrük dəyəri 16 milyon 628,7 min dollar olub.

Nəticədə xaricə satılan 1 kVt/saat elektrik enerjisinin gömrük dəyəri 5,2 sent və ya mövcud məzənnə ilə (1$/1,7azn) hesablandığı zaman 8,9 qəpik təşkil edib.

Qeyd edək ki, bu,daxili bazarda satılan elektrik enerjisinin qiymətindən ucuzdur.

Bildiyimiz kimi, ölkə daxilində əhaliyə satılan elektrik enerjisinin qiyməti 8,4 (200 kVt/saat-a qədər), 10 (200- 300 kVt/saat olduqda) və 15 qəpiyə (300 kVt/saat-dan artıq olduqda) bərabərdir. Bu isə o deməkdir ki, ölkə daxilində elektrik enerjisinin orta tarifi 11,1 qəpik təşkil edir.

Paylaş:

Əlaqəli məqalələr