Qızıl və gümüş ucuzlaşdı
49 baxış
Əmtəə bazarlarında qızıl və gümüşün qiymətində eniş qeydə alınıb.
Sozcu.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyəri əvvəlki ticarət sessiyası ilə müqayisədə 0,73% azalaraq 4 039,9 ABŞ dolları təşkil edib.










