31 Türkiyə vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib – SİYAHI

72 baxış

Azərbaycanın 31 Türkiyə vətəndaşını “arzuolunmaz şəxslər” siyahısına daxil etdiyi bildirilir.

Sözügedən siyahıda jurnalistlər, bloqerlər, media nümayəndələri, siyasətçilər, tədqiqatçılar və digər ictimai şəxslərin adları yer alır.

Siyahıda Türkiyənin Yeni Rifah Partiyasının sədri Fatih Ərbakan, DEM Partiyasının deputatı Ömer Faruk Gergerlioğlu, jurnalist Adem Özköse, ilahiyyatçı Mehmet Boynukalın və keçmiş futbol hakimi Ahmet Çakarın da adları qeyd olunub.

“Arzuolunmaz şəxslər” siyahısında yer aldığı bildirilən şəxslərin tam siyahısı belədir:

1. Ahmet Barış İyison – İyison Medya

2. Cem Özyurt – bloqer

3. Akın Duru – TV8 və Acunmedya əməkdaşı

4. Dursun Eker – File Prodüksiyon

5. Adem Özköse – jurnalist

6. Muhammed Emin Yıldırım – jurnalist

7. Cüneyt Sezer – bloqer

8. Serhat Koyuncu – internet fenomeni

9. Mikail Ayyıldız – tədqiqatçı

10. Ahi Aratoğlu – tədqiqatçı

11. Muharrem Çavuş – AKP Gənclik Qolunun keçmiş rəhbəri

12. Fatih Ərbakan – Yeni Rifah Partiyasının sədri

13. Yahya Uğraş – HÜDA PAR nümayəndəsi

14. Aydın Binboğa – iqtisadçı

15. Hakkı Eren – xəbərçi

16. Sait Seyitoğlu – HÜDA PAR nümayəndəsi

17. Prof. Dr. Mehmet Boynukalın – akademik

18. Okan Aytaş – xəbərçi

19. Mert Armağan – jurnalist

20. Yaşar Yavuz – Yeni Şafak və Diriliş Postası ilə əlaqəli şəxs

21. Ahmet Sırrı Arvas – şair və xəbərçi

22. Yusuf Kaplan – yazıçı

23. Erdinc Teğmen – Erte Medya şirkətinin sahibi

24. Ahmet Çakar – keçmiş hakim və şərhçi

25. Halil Atakan Ay – ilahiyyatçı

26. İsmail Kılıçarslan – TV NET və Yeni Şafak ilə əlaqəli şəxs

27. Murat Şahin – Akit TV

28. İrfan Kaya Ülger – Akit TV

29. Fatin Dağistanlı – Akit TV

30. Ömer Ulutaş – Toprak Partiyasının sədri

31. Ömer Faruk Gergerlioğlu – DEM Partiyasının deputatı

Sozcu.az

Paylaş:

Əlaqəli məqalələr