Azərbaycana gələnlərin də, xaricə gedənlərin də sayı azaldı
Bu ilin I yarısında Azərbaycana 189 ölkədən 1 milyon 92,6 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
Məlumata görə, gələnlərin 28,1 %-i Rusiya, 21 %-i Türkiyə, 8,2 %-i İran, 4,9 %-i Gürcüstan, 4,6 %-i Qazaxıstan, 3,2 %-i Özbəkistan, 2,9 %-i Pakistan, 2,8 %-i Hindistan, 2,6 %-i İsrail, 2,4 %-i Çin, 1,8 %-i Səudiyyə Ərəbistanı, 1,6 %-i Ukrayna, 1,3 %-i Türkmənistan, hər birindən 1,1 % olmaqla Almaniya və Böyük Britaniya, 12,4 %-i digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub, 68,7 %-ni kişilər, 31,3 %-ni qadınlar təşkil edib.
Son 1 ildə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 9,3 % artaraq 54,4 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 % artaraq 430,4 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 31,4 % azalaraq 127,7 min nəfər, digər ölkələrdən gələnlərin sayı 14,1 % azalaraq 480,1 min nəfər təşkil edib.
Ölkəmizə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,1 %-i hava, 27,5 %-i dəmir yolu və avtomobil, 1,4 %-i isə dəniz nəqliyyatından istifadə edib.
Hesabat dövründə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 5,1 % azalaraq 937,4 min nəfər olub. Vətəndaşlarımızın 41,5 %-i Türkiyəyə (ötən ilin eyni dövrünə nisbətən 3,5 % çox), 17,1 %-i Rusiyaya (3 % az), 11,7 %-i Gürcüstana (0,2 % çox), 6,2 %-i İrana (41 % az), 23,5 %-i isə digər ölkələrə (7,7 %- az) gedib, 66,5 %-ni kişilər, 33,5 %-ni qadınlar təşkil edib.
Yanvar-iyun aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının 69,8 %-i hava, 28,1 %-i dəmir yolu və avtomobil, 2,1 %-i isə dəniz nəqliyyatından istifadə edib.













