Vəkil Əkrəm Həsənovdan xəbərdarlıq: “Rusiyaya getməyin, övladlarınızı ora buraxmayın!”

107 baxış

Sozcu.az – Vəkil Əkrəm Həsənov Rusiyaya gedən və övladlarını bu ölkəyə təhsil almağa göndərən azərbaycanlılara xəbərdarlıq edib.

Əkrəm Həsənov paylaşımında bildirib:

“Rusiyaya getməyin, övladlarınızı ora buraxmayın. Birinin oğlu Moskva ali məktəbinə daxil olub. Ora çatarkən hava limanında telefonunu yoxlayıblar və Ramzan Kadırova dair lağlağı şəkil tapıblar. Uşağı həbs ediblər və indi Ukraynaya qarşı müharibədə iştirak üçün kontrakt imzalamağa məcbur edirlər...”

Vəkil bu hadisəni Rusiyaya gedən azərbaycanlılar, xüsusilə də gənclər üçün ciddi xəbərdarlıq kimi təqdim edib.

Paylaş:

Əlaqəli məqalələr